Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Vətəndaşı olmayandan, olmaz ölkə vətəndaşı” mövzusunda elmi praktik konfrans keçirilib
27.12.10 20:33

Gənc Vətənpərvərlər Birliyi (GVB) Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni illə əlaqədar “Vətəndaşı olmayandan, olmaz ölkə vətəndaşı” mövzusunda elmi praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə çıxışlardan sonra birliyin fəxri diplomları paylanıb. Vətənpərvərlik və gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin artırılmasında jurnalist yazılarına və gənclərin milli hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və xidmətlərinə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icracı direktoru Fərasət Qurbanov, QHTXEBER.AZ saytının redaktoru Səfər Alışanlı, KƏLAMİNFO İnformasiya Agentliyinin muxbiri Atif Eyvazov, “Qoşa Ulduz” jurnalının baş redaktoru Gülzar Namazova, gvb.ucoz.com saytın redaktoru Natiq Qocayev fəxri diplomla təltif olunublar. Tədbirdə birliyin İdarə Heyəti, şöbə müdirləri, müşavirlər, yerli şöbələr, idman federasiyaların məşqçiləri, idmançılar, birliyin fəal üzvləri, QHT, KİV və birliyə üzv olan təşkilatlar iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-2629.html