Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qazaxıstan MSK-ı Nürsaltan Nazarbayevin səlahiyyət müddətinin uzadılması barədə referendum qərarı qəbul edib
28.12.10 03:32

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün ölkə prezidenti Nursultan Nazarbayevin prezidentlik səlahiyyətlərinin 2020-ci ilə qədər uzadılması ilə bağlı referendumun keçirilməsinə dair bəyanatın qeydiyyata alınması ilə bağlı qərar qəbul edib. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə bu ölkənin MSK sədri Kuandık Turqankulov məlumat verib. K.Turqankulovun sözlərinə görə, MSK referendumun təşəbbüs qrupunu təsdiq edib. Həmçinin bu məsələnin respublika referendumuna çıxarılmasını da təsdiqləyib. K. Turqankulov bildirib ki, təşəbbüs qrupunun bütün lazımi sənədləri MSK-ya dekabrın 23-də təqdim edilib. Bu sənədlərə görə, 320 nəfərdən ibarət təşəbbüs qrupu referendumda iştirak etmək hüququ olan və toplantıda iştirak etmiş 850 vətəndəşın imzalarını təqqim edib. Qazaxıstanın Baş prokurorluğun məlumatına görə, təşəbbüs qrupunun üzvləri toplantını Konstitusiyanın “Respublika referendumu haqqında” qanununa tam uyğun olaraq keçiriblər. Qeyd edək ki, qanunvericiliyə görə, referendum təşəbbüs qrupu referendumun təşkili üçün 200 min vətəndaşın imzasını toplamalıdır. Xatırladaq ki, Qazaxıstanın prezidenti, 70 yaşlı Nursultan Nazarbayev 20 ildir hakimiyyətdədir. 2012-ci ildə Qazaxıstanda növbəti seçki keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2627.html