Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İngilis və rus dillərində “Daha yaxşı bilmək üçün nəzər yetirin” adlı buklet çap edilib
28.12.10 01:28

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi” layihəsi çərçivəsində ingilis və rus dillərinə “Daha yaxşı bilmək üçün nəzər yetirin” adlı buklet çap edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya təşkilatın sədri İlkin Ağayev verib. Onun sözlərinə görə, bu bukletlərin əcnəbilər arasında yayılması ilə bağlı olaraq xüsusi aksiya və tədbirlər keçiriləcək. Belə ki, konkret olaraq Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Dövlət Neft Akademiyasında əcnəbi tələbələrin dəvət edilməsi ilə tədbirlər təşkil olunacq və onlara Azərbaycan həqiqətləri ilə bağlı məlumat verildikdən sonra bu həqiqətlərlə bağlı əhatəli məlumatlar olan internet saytlarının əksini tapdığı bukletlər tələbələrə paylanacaq. Ölkəmizdəki müxtəlif diplomatik korpusların nümayəndələrinə də sözügedən bukletlər paylanacaq.
URL / WWW
http://kelam.az/article/a-2625.html