Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da ərəb ölkələrinin Azərbaycandakı səfirlərinin görüşü keçiriləcək
27.12.10 20:28

Sabah Azərbaycan Dillər Universitetində (ADU) ərəb ölkələrinin Azərbaycandakı səfirlərinin görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə ADU-nun rektoru, millət vəkili, Səməd Seyidov, İraqın, İordaniya Krallığının, Misir Ərəb Respublikasının, Küveytin, Mərakeş Krallığının, Qətərin, Səudiyyə Ərəbistanı Krallığının, Fələstin dövlətinin səfirləri, eləcə də Liviya Xalq Sosialist Ərəb Cəmahiriyyəsinin Azərbaycandakı müvəqqəti işlər vəkili iştirak edəcəklər. Qarşılıqlı dialoq zamanı ərəb ölkələri ilə Azərbaycan arasındakı əlaqələr müzakirə ediləcək. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti də əsas müzakirə mövzularından olacaq.
URL / WWW
http://kelam.az/article/a-2624.html