Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fazil Mustafa: “Müxalif partiyaların Milli Məclisin rəhbərliyində təmsil olunması zəruridir”
28.12.10 02:28

“Parlament seçkilərində uğur qazanan müxalif partiyaların Milli Məclisin rəhbərliyində təmsil olunması zəruridir və biz bu mövqeyin üzərində daim qalacayıq”. Bunu KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, bu məsələdə beynəlxalq təşkilatlar da israrlı olmalıdırlar. “Bununla bağlı parlamentdə mövcud olan müxalif partiyalar olaraq bizim ümumi rəyimiz də var. Yəni parlamentin sədarətində müxalif partiyalarda təmsil olunsun. Adətən bizim ümumi rəyimizin qarşına belə bir arqument qoyulur ki, parlamentdə müxalifətin tərkibi yetərincə deyil. Lakin, biz bu arqumenti alt- üst eləmişik. Onda gərək BMT-də Çin digər azsaylı ölkələrə, məsələn, Azərbaycana hüquqi baxımdan meydan oxusun ki, onun əhalisinin sayı bizdən dəfələrlə çoxdur. Əlbəttə ki, bu yanaşma düzgün deyil. Məhz bu baxımdan bizim parlamentdə də bizə qarşı qoyulan arqumentləri rədd etmişik”,-deyə müxalif millət vəkili vurğulayıb. Onun sözlərinə görə, müxalif partiyaların Milli Məclisin sədarətində təmsil olunmaması demokiratiyanın tam formalaşmasını da əngəlləyir. “Bu məsələ palamentdə tezliklə həll olunmalıdır. Güman edirəm nüfuzlu beynəlxalq təşkilatlar da bu məsələdə bizə dəstək verməlidir”,-deyə F.Mustafa əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2623.html