Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Semyon İxılova Prezident İlham Əliyevin Fəxri Diplomu təqdim olundu
27.12.10 20:28

Bu günlərdə prezident İlham Əliyevin Sərəncamına əsasən Dağ Yəhudiləri Dini İcmasının sədri Semyon İxılov ölkə rəhbərinin Fəxri Diplomu ilə təltif edilib. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) diplomun S.İxılova təqdim edilməsi ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK sədri Hidayət Orucov bildirib ki, S.İxılov Azərbaycanda xalqlar arasındakı səmərəli fəaliyyətinə görə prezident İlham Əliyevin Fəxri Diplomuna layiq görülüb. O, 10 il əvvəl S.İxılovun prezident Heydər Əliyev tərəfindən Şöhrət ordeni ilə də təltif edildiyini xatırladıb. S.İxılovun fəaliyyətindən bəhs edən H.Orucov qeyd edib ki, S.İxılov ölkədə fəaliyyət göstərən bütün dini konfensiyalar üçün böyük işlər görüb. Ölkəmizdə bütün xalqların nümayəndələri üçün bərabər şəraitin yaradıldığını vurğulayan H.Orucov Azərbaycanda nümunəvi dini tolerantlığın mövcudluğunu qeyd edib. Dövlətin dəstəyi ilə Dağ Yəhudiləri Sinaqoqunun inşasına başlanıldığını diqqətə çatdıran H.Orucov Fəxri Diplomu və DQİDK-nin hədiyyəsi olan “Vaza”nı ona təqdim edib. Şeyxülislam Hacı Allahşükür Paşazadə keçmiş sovet dövründə islam dininə olan qadağalar və hazırki vəziyyətlə bağlı iştirakçılara məlumat verib. O qeyd edib ki, hələ sovet dövründə Azərbaycanda 18 dini ibadət ocağı var idisə, indi onun sayı 1000-dən artıqdır. Millət vəkili Yevda Abramov bu günə qədər Azərbaycanda heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik görmədiklərini vurğulayıb. Digər çıxış edənlər də Azərbaycan dövləti tərəfindən bütün icmalara bərabər şərait yaradıldığını söyləyiblər. Sonda çıxış edən S.İxılov ona göstərilən yüksək səviyyəli diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.
URL / WWW
http://kelam.az/article/a-2621.html