Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyxülislam A.Paşazadə Oqtay Şirəliyevə məktub ünvanlayıb
28.12.10 02:28

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə səhiyyə naziri Oqtay Şirəliyevə məktub ünvanlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Şeyxülislam məktubda Müqəddəs həcc ziyarətindən qayıdan zaman Türkiyə ərazisində qəzaya uğraması nəticəsində dünyasını dəyişmiş və xəsarət almış vətəndaşlarımıza göstərilən diqqət və qayğıya, yaralıların vaxtında xəstəxanalara yerləşdirilməsi və tibbi yardımın təşkili işindəki səylərinə görə Qafqaz müsəlmanları adından minnətdarlığını bildirib. A.Paşazadə məktubda belə bir çətin və fövqəladə vəziyyətdə Azərbaycan tibb işçilərinin nümayiş etdirdiyi operativlik və professionallığın yüksək təqdirə layiq fakt kimi qiymətləndirərək eyni zamanda bunu dövlətə və xalqa xidmətin bariz nümunəsi kimi dəyərləndirib.
URL / WWW
http://kelam.az/article/a-2620.html