Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-da “Riyaziyyat və mexanizmin aktual problemləri” adlı konfrans keçirilib
28.12.10 02:27

Bu gün Bakı Dövlət Universitetində “Riyaziyyat və mexanizmin aktual problemləri” adlı Beynəlxlaq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, BDU-nın rektoru, akademik Abel Məhərrəmov konfransın keçirilməsinin məqsədlərindən danışıb. O, konfransın görkəmli alim və ictimai xadim, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunduğunu bildirib. A.Məhərrəmov vurğulayıb ki, Y.Məmmədov BDU-da 17 il rektor olmaqla bərabər, 35 il riyaziyyat kafedrasına da rəhbərlik edib. “Onun bu illər ərzində universitetdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında Azərbaycan, Rusiya, Özbəkistan, Türkmənistan, Əlcəzair, Misir, Polşa, Almaniya, Türkiyə kimi ölkələrin 32 nəfər nümayəndəsi namizədlik dissertasiyası və onlardan 7 nəfəri doktorluq dissertasiyası müdafiə ediblər”,-deyə A.Məhərrəmov bildirib. BDU-nun Mexanika-riyaziyyat fakultəsinin dekanı, professor Nizaməddin İsgəndərov “Görkəmli alim, ictimai xadim Y.Məmmədov” mövzusunda məruzə ilə çıxış edib: “Y.Məmmədov Moskva, Varşava, Krakovda və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzə ilə çıxış edib. Əsərləri diferensial və inteqral tənliklər, qeyri-xətti funksional analiz, hesablama riyaziyyatı və başqa sahələri əhatə edir. Y.Məmmədov bir çox fəxri adlara layiq görülüb”.
URL / WWW
http://kelam.az/article/a-2619.html