Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hirkan Milli Parkında 731,56 manat məbləğində qanunsuz olaraq ağaclar kəsilib
24.12.10 16:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkında Şüvü meşəbəyliyinin 5 saylı meşə dolayında 671,58 manat nırx dəyərində 32,77 m3 həcmində 17 ədəd, 6 saylı meşə dolayında isə 59,98 manat nırx dəyərində 11,99 m3 həcmində 3 ədəd yaş köküstə müxtəlif cinsli ağacların kəsilməsi faktı aşkar edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Astara rayon Vəznəş kənd sakini Ş.Dədəyev tərəfindən Hirkan Milli Parkında ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən Milli Parkın işçiləri və şikayətçinin iştirakı ilə araşdırılıb. Ağaclardan 3 ədədinin Astara rayon Vəznəş kənd sakini Ə.Abbasov tərəfindən kəsilməsi müəyyənləşdirilərək protokol tərtib edilib, qanun pozucusu inzibati qaydada 1000 manat məbləğində cərimə olunub. Ümumilikdə, təbiətə dəymiş 731,56 manat məbləğində ziyanın 671,58 manatının ödənilməsi təmin olunub, qalan 59,98 manatın ödənilməsi üçün isə tədbirlər görülür.
URL / WWW
http://kelam.az/article/a-2614.html