Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
24.12.10 16:06

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Yaponiyanın Doşişa Universitetinin professoru Hisae Nakanishini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Görüşdə ölkələrarası, parlamenlərarası əlaqələrə və təhsil sahəsində əməkdaşlığa toxunan rektor Səməd Seyidov Azərbaycan Dillər Universiteti haqda qonağa məlumat verib. S.Seyidov rektoru olduğu ali təhsil ocağının tarixindən bəhs edərək ADU-nun Azərbaycanda unikal tədris müəssisəsi olduğunu xanım Hisae Nakanishinin diqqətinə çatdırıb. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin açıldığını və gündən-günə bunların sayının artdığını bildirən S.Seyidov ADU-da ingilis, alman, fransız, ispan, italyan dillərinin öyrənilməsi ilə yanaşı, Universitetdə Beynəlxalq əlaqələr və Regionşünaslıq, həmçinin Tərcümə fakeltələrinin mövcudluğunu vurğulayıb. Xanım Hisae Nakanishi Dillər Universitetində olmasından fərəh hissi keçirdiyini dedi və bu ali təhsil ocağı ilə Doşişa Universiteti arasında mümkün unversitetlərarası əlaqələrə toxunaraq qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb. O, bu əlaqələrin vacibliyini vurğulayıb. Görüşdə hər iki universitet arasında gələcək əməkdaşlığın prospektivləri müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-2612.html