Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ETSN “Azər-Yod” MMC-yə icrası məcburi olan göstəriş verib
23.12.10 17:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neftçala rayon Mirqurbanlı kəndinin bir qrup sakini adından “Azər-Yod” MMC-yə məxsus Neftçala yod zavodunda xlorun, kükürd qazlarının, yod və sulfat turşularının atmosferə buraxılması, eləcə də zavodun yod yatağında hasil olunan yodlu suyun nəql olunan boru xəttindən torpağa sızaraq törətdiyi şoranlaşma ilə əlaqədar daxil olub. Şikayət məktubu Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, “Azər-Yod” MMC-nin icraçı direktoru A.Abdullayevin və şikayətçilərin iştirakı ilə yerində araşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-dən veriblər. Aparılan araşdırma zamanı müəssisədə yod emalı prosesində atmosferə xlorun, kükürd qazlarının, yod və sulfat turşularının buraxılması hallarının olmadığı, lakin “Azər-Yod” MMC-nin Neftçala yatağının 954, 712, 904, 982, 961 və 962 saylı quyularından çıxarılan yodlu suyun toplandığı 80 saylı çənin ətrafına mədən suyunun sızması müəyyən edilib. Qeyd olunan faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Azər-Yod” MMC-nin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
URL / WWW
http://kelam.az/article/a-2607.html