Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistr və ya doktorontların YUNESKO-da iştirak etmək şansı var
24.12.10 00:04

YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsindən ibarətdir. Proqramda iştirak etmək üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və aşağıdakı sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır. Proqramda təhsilin iqtisadiyyatı, təhsil siyasəti, təhsilin keyfiyyəti, təhsildə idarəetmə, geologiya və ya geofizika, coğrafi informasiya sistemləri, riyaziyyat və ya fizika, elm və texnologiya etikası, antropoliya, etnologiya, sosiologiya, politologiya, maliyyə menecmenti, maliyyə və ya mühasibatlıq, informatika, informasiya sistemləri və bu kimi sahələrə üstünlük veriləcək. Proqramda iştirak etmək arzusunda olan namizədlər təmsil etdikləri qurumdan müvafiq tövsiyə məktubu ilə birgə sənədlərini 10 yanvar 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova, tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-2606.html