Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SKMF Xızı rayonu üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
23.12.10 17:04

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xızı rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. İİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Xızı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: İntensiv heyvandarlıq və arıçılıq (arı məhsullarının sənaye üsulu ilə emalı və qablaşdırılması) təsərrüfatlarının inkişafı; - süfrə sularının birbaşa mənbəyindən qablaşdırılması məqsədilə müasir tələblərə cavab verən su istehsalı və quşçuluq təsərrüfatlarının bazasında dərin emal (o cümlədən tullantılardan yem və bioqaz alınması) sahələrinin yaradılması. "Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-2604.html