Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DQMK əməkdaşları Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşüb
24.12.10 00:01

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) əməkdaşları Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbələri ilə görüşüb. DQMK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş DİA-da baş tutub. Görüşdə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli, Hüquq sektorunun müdiri Vüqar Əsgərov və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Seymur Alıyev iştirak ediblər. Görüşdə R.Məcidbəyli DQMK-nin fəaliyyəti, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və təmsil etdiyi qurum tərəfindən 2010-cu oktyabr-noyabr aylarında elan edilən müsabiqələrin gedişatı barədə ətraflı məlumat verib. Sonra R.Məcidbəyli və V.Əsgərov tələbələri maraqlandıran sualları cavablandırıblar.
URL / WWW
http://kelam.az/article/a-2603.html