Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » E.Süleymanova: “İnformasiya ilə bağlı ayrıca şöbə yaradılacaq”
22.12.10 17:53

“İnformasiya ombudsmanı səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə həvalə olunması çox böyük məsuliyyətdir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova bildirib. O, qeyd edib ki, əslində əvvəllər də mandatları dövlət orqanları, vəzifəli şəxslər tərəfindən pozulan hər bir hüququn bərpasına çalışmaq olub. “Bura mühüm bir vəzifə də həvalə olundu”,-deyə İnsan hüquqları üzrə müvəkkil vurğulayıb. Onun sözlərinə görə, informasiya əldə etmək hüququ tək jurnalistlərə aid deyil. “Hər bir kəs istənilən dövlət qurumundan tam dolğun informasiya ala bilər. Bundan əvvəl də bizə informasiya almaq hüququnun pozulmasına dair müraciətlər daxil olub. Belə bir işin bizə praktiki olaraq həvalə olunması xüsusi diqqət və yanaşma tələb edir. Qısa müddətdə jurnalistləri və informasiya ilə işləyən şəxsləri dəvət edib işin necə qurulmasına dair müzakirələr aparacağıq. İnformasiya ilə bağlı ayrıca şöbə yaradılacaq. Şöbələrə rəhbər və üzvlərin seçilməsində şəffaflıq təmin olunacaq. Burada jurnalistlər də iştirak edəcək. Fikirimcə, tək jurnalistlər yox, eyni zamanda informasiya daşıyıcıları da öz hüquqlarını bilməlidir. İnformasiya azadlığı səviyyəsinin dəyərləndirilməsinə gəlincə, bu vəziyyətin təkmilləşdirilməsinə ehtiyac duyulur”,-deyə E.Süleymanova əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2602.html