Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Ermənistan- Rusiya birgə Hava Hücumundan Müdafiə Mərkəzi Azərbaycana ciddi ismarıcdır”
22.12.10 17:53

“Ermənistan ilə Rusiya arasında Hava hücumundan birgə Müdafiə Mərkəzinin yaradılması iki ölkə arasında sıx hərbi əməkdaşlığın yüksəlişə doğru məntiqi davamı və eyni zamanda “müharibə kürsüsün”dən düşməyən Azərbaycan üçün ciddi ismarıcdır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistan prezidentinin hərbi məsələlər üzrə keçmiş müşaviri, Ermənistan Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Ruben Mehrabyan bildirib. Onun sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı hazırkı gərgin durumda bu komandanlığın təsisatı əhəmiyyətli rol oynayacaq. “Əslində Bakı buna qədər erməni hakim dairələrinin tez-tez səsləndirdiyi “Ermənistanda kifayət qədər C-300 tipli raket müdafiə sistemləri var” bəyanatlarından məsələni qəlizləşdirməmək fonunda nəticə çıxarmalıydılar. Təssüf ki, onlar bizim Rusiya ilə ciddi əməkdaşlığımıza əhəmiyyətsiz yanaşırlar”,-deyə erməni ekspert vurğulayıb. R.Mehrabyan iddia edir ki, Rusiya lazım olmayan yerdə heç vaxt Ermənistanla belə bir əməkdaşlığa girməz. “Bütün bunlar Azərbaycanın regionda hədd-hüdudunu bilməməsinə qarşıdr”,-deyə o, bildirib. Qeyd edək ki, ötən həftə Ermənistan Silahlı Qüvvələri Baş İdarəsi Rusiyanın bu ölkədəki 102 saylı hərbi bazası ilə birgə Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə Mərkəzinin təsis edildiyini bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2601.html