Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Millət vəkili: “Mədəniyyət haqqında” qanuna ediləcək dəyişikliklərdə efir məkanı ilə bağlı məsələlər xüsusi yer alacaq”
22.12.10 17:53

“Mədəniyyət haqqında” qanuna ciddi dəyişikliklər edilməsi gözlənilir və burada dil və televiziya ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayacaq”. Bunları KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O, qeyd edib ki, 1996-cı ildə qəbul edilən qanun həm vaxt baxımından, həm də mənəvi baxımdan aşınmalara məruz qalıb. “Həmin dövrdən bəri Azərbaycan və dünya ictmaiyyətində, bunların bir –birinə inteirqasiyasında, eyni zamanda ictimaiyyətdə televiziyanın aparıcılıq missiyasında çox dəyişikliklər olub. Kifayət qədər irəliləmələr var. Bütün bunlar da şüphəsiz ki, Mədəniyyət haqqında qanunda ediləcək dəyişikliklərdə yer almalıdır”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, televiziyalarda efir məkanı ilə bağlı dəyişikliklər burada xüsusi yer alacaq.
URL / WWW
http://kelam.az/article/a-2600.html