Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Suriyanın xarici işlər nazirinin müavinini qəbul edib
11.11.09 15:30

Xarici işlər naziri Elmar Məmmədyarov Suriya Ərəb Respublikasının xarici işlər nazirinin müavini Faisal Əl-Miqdadı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə ölkələr arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edilib, bunun əsasını hər iki ölkə rəhbərləri arasında olan münasibətlərin təşkil etdiyi vurğulanıb. Siyasi əlaqələrin inkişafından danışan tərəflər, bunun iqtisadi sahəyə də şamil edilməsinin vacibliyini və qarşılıqlı səfərlərin, iş adamlarının görüşlərinin təşkil edilməsinin vacibliyini qeyd ediblər. Regionda baş verən proseslərə toxunan nazir müavini F.Əl-Miqdadi İslam dünyasının birliyinin vacibliyini dilə gətirib və müsəlman ölkələrinin birgə maraq kəsb edən məsələlərdə həmrəylik göstərməsi zəruriliyini qeyd edib. Nazir E.Məmmədyarov Azərbaycanın İslam umması ilə həmrəy olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə toxunan nazir münaqişənin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib. Sonra tərəflər Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
URL / WWW
http://kelam.az/article/a-260.html