Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün Bakıya səfəri başlayıb
23.12.10 03:53

Bu gün Türkiyənin gənclər və idman direktoru Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayır. Gənclər və İdman Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını, və “Şəhidlər Xiyabanını” ziyarət edəcəklər. Sabah isə Y.Akgülün gənclər və idman naziri Azad Rəhimovla görüşü olacaq. Bununla yanaşı qonaqlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eyni zamanda idman bazaları ilə tanış olub, Şağan Olimpiya İdman Kompleksinə səfər edəcək. Üç gün davam edəcək səfər proqramı çərçivəsində Türkiyənin Gənclər və İdman Direktoru Yunus Akgül şəhərimizin tarixi yerləri ilə tanış olub, “İçəri şəhər” də ekskursiya etmək imkanı əldə edəcək. Səfər 25 dekabr tarixinədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2599.html