Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Minskdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri üzrə ekspert qrupunun iclası işə başlayıb
22.12.10 17:53

Bu gün Minskdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri üzrə ekspert qrupunun iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, ekspertlər üç sənəd layihəsini gözdən keçirəcəklər. İlk müzakirə mövzusu Daxili İşlər Nazirləri Şurası və Birliyin üzvü olan ölkələrin ərazilərində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizəni Əlaqələndirmə Bürosu haqqında əsasnamələrə düzəlişlər olacaq. Həmçinin, Birlik ölkələrinin daxili işlər orqanlarının rəhbər heyətinin hazırlanması, ixtisasının artırılması və təkrar hazırlanması məsələləri üzrə baza təşkilatı statusunun Rusiya DİN-in İdarəçilik Akademiyasına verilməsi barədə qərar müzakirə ediləcək. Baza təşkilatı tədris, habelə təlim və elmi-metodiki işlərin və s. forma və metodlarının razılaşdırılması və uzlaşdırılması prosesini təmin edəcək. Bundan əlavə, baza təşkilatı cinayətkarlığa qarşı mübarizənin təmin olunması üçün milli və dövlətlərarası sistemlərin yaradılması, inkişafı sahəsində birgə fundamental və elmi tədqiqatlarla, təcrübə mübadiləsi üçün seminarların, müşavirələrin və sərgilərin keçirilməsi, metodiki təlim ədəbiyyatının, elmi əsərlərin hazırlanması və nəşri, Birlik ölkələrinin müvafiq ali məktəblərinin iştirakı ilə distant təhsil sistemlərinin yaradılması ilə məşğul olacaq.
URL / WWW
http://kelam.az/article/a-2598.html