Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » ADU-da xalq şairi Nəriman Həsənzadə ilə görüş olacaq
23.12.10 03:53

Sabah Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Görüşü giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açacaq. Görüşdə tanınmış ədəbiyyat xadimləri – Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Rüstəm Kamal, millət vəkili Məlahət İbrahimqızı, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iştirak edəcəklər. ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məruzə edəcək. Tədbirdə şairin şerləri oxunacaq, sözlərinə yazılmış musiqilər səslənəcək. ADU tələbələri ədəbi kompozisiyalar təqdim edəcək.
URL / WWW
http://kelam.az/article/a-2597.html