Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Spiker Oqtay Əsədov Avropa Parlamentinin prezidentinə etiraz məktubu göndərəcək
22.12.10 02:05

Parlamentin bu gün keçirilən səhər iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi Tomaş Parebanın Ermənistana və oradan da Dağlıq Qarabağa səfərinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, O.Əsədov bu səfəri Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətlədirib. "Əsas problem ondadır ki, Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, Avropa Parlamentinin nümayəndəsinin heç kimlə razılaşmamış Dağlıq Qarabağa səfər edib. Avropa parlamentinin belə bir hərəkəti münaqişənin həllinə mənfi təsir göstərir",-deyə sədr vurğulayıb. Bununla əlaqədar Avropa Parlamentininin prezidentinə etiraz məktubu göndərəcəyin deyən O.Əsədov bildirib ki, heç kimin hüquq pozmağa ixtiyarı yoxdur. Xatırladaq ki, ötən günlərdə Avropa Parlamentinin nümayəndəsi T.Pareba qondarma "Dağlıq Qarabağ Respublikasına" səfər edib və separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirib.
URL / WWW
http://kelam.az/article/a-2595.html