Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-da akademik Ş.Mehdiyevin anadan olmasının 100 iliyinə həsr olunan Respublika elmi konfransı keçirilir
21.12.10 19:05

Bu gün Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 iliyinə həsr olunan “Geologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransdan əvvəl Ş.Mehdiyevin BDU-dakı barelyefi və onun adını daşıyan elmi-tədqiqat laboratoriyanın açılışı oldu. BDU-da reallaşan konfransda təhsil naziri Misir Mərdanov, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, alimin oğlu Aqşin Mehdiyev, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, AMEA prezidenti Mahmud Kərimov, ölkənin ictimai-siyasi, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak edir. BDU-nun rektoru, akademik Abel Məhərrəmov böyük alimin Azərbaycan elminə verdiyi sanballı töhfələrdən danışdı. Ş.Mehdiyevin BDU-ya rəhbərlik etdiyi dövrdən bəhs edən A.Məhərrəmov qeyd etdi ki, onun rəhbərliyi dövründə BDU-da təhsilin səviyyəsi dinamik inkişaf edib. Sonra BDU-nun kafedra müdiri, professor Vasif Babayev alimin həyat və yaradıcılığı, Azərbaycan elmindəki mühüm rolu, bu elmi töhfələrin müsbət nəticələri və digər xidmətləri ilə bağlı konfrans iştirakçılarına geniş məlumat verdi. Qeyd edək ki, konfransda çoxsaylı elm xadimlərinin məruzələri dinləniləcək. Sabah isə bölmə sədrlərinin hesabatları dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-2594.html