Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səməd Seyidov: "Tomaş Parobenin Cənubi Qafqazda gələcək fəaliyyəti dayandırılmalıdır"
21.12.10 19:05

"Avropa Birliyi və Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, təəssüflər olsun ki, bu qurumun nümayəndəsi öz təşkilatının qətnaməsinə qarşı çox hörmətsiz çıxıb". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. O, qeyd edib ki, Avropa Parlamentinin nümayəndəsi olan Tomaş Parabe Dağlıq Qarabağa səfər etməklə Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozub. "T.Parabenin bu hərəkəti nəinki Azərbaycanın maraqalarını, hətta Avropa Birliyinin öz siyasətinə ziddir. Biz buna dərhal reaksiya verməliyik. Müvafiq məktublar göndərməliyik. Çünki bu hadisədən sonra T.Parabe gələcəkdə regionda obyektiv fəaliyyət göstərə bilməz. O bütün beynəlxalq prinsipləri pozub. Biz Avropa Birliyinin özündən də tələb etməliyik ki, onun regionda gələcək fəaliyyəti dayandırılsın. Bu məqsədlə də komitəmiz tərəfindən Avropa Parlamentinə etiraz məktubları göndərəcəyik",-deyə S.Seyidov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2592.html