Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin sessiyası öz işinə başlayıb
22.12.10 02:05

Bu gün Milli Məclisin növbəti sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Hakiminin təyin edilməsi, Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu Zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq Haqqında müqavilənin təsdiq edilməsi, Azərbaycan Respublikası Gürcüstan, Rumıniya prezidentləri, Macarıstan baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi Haqqında müqavilənin təsdiq edilməsi məsələsi müzakirə olunacaq. İclasda həmçinin bir sıra qanunlara əlavə və dəyişiklik ediləcək. Bura AR Cinayət Prosessual Məcəlləsi, AR İnzibati Xətalar Məcəlləsi, İnsan Hüquqları üzrə Müvəkkil haqqında Konstitusiya Qanunu və digər qanunlara ediləcək əlavə və dəyişikliklər daxildir. Bundan əlavə plenar iclasda “Normativ Hüquqlar haqqında” AR Qanun layihəsi də ikinci səsverməyə çıxarılacaq.
URL / WWW
http://kelam.az/article/a-2591.html