Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK qəbul imtahanlarında 116 müəllimə şifahi xəbərdarlıq edib
21.12.10 19:05

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə bu il keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini layiqincə yerinə yetirmiş nəzarətçi-müəllimlərlə görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə TQDK rəhbərliyi qəbul imtahanlarında müntəzəm iştirak edərək zal nəzarətçisi vəzifəsini nümunəvi yerinə yetirmiş 23 nəzarətçiyə Fəxri Fərman təqdim edib, onlar TQDK-nın nəşrləri, test kitabçaları, tədris vəsaitləri ilə mükafatlandırılıb, 617 nəzarətçi-müəllimə isə təşəkkür elan edilib. Qeyd edək ki, TQDK-nın nəzarətçilər bazasına 8000-dək fənn müəllimi daxildir. 2010-cu ildə keçirilmiş qəbul imtahanlarına 6109 nəzarətçi-müəllim cəlb olunub, 184 nəzarətçi əsaslı bir səbəb olmadan imtahana gəlməyib, 236 nəfər isə imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə və təlimat qaydalarını pozduqları üçün nəzarətçilər bazasından çıxarılıb və onlar barədə müvafiq tədbirlər görülməsi üçün aidiyyatı orqanlara müraciət edilib, 116 müəllimə isə şifahi xəbərdarlıq edilib.
URL / WWW
http://kelam.az/article/a-2590.html