Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » M.Abbaszadə: “TQDK respublikanın 11 şəhərində sınaq imtahanı keçirəcək”
22.12.10 02:04

Gələn ilin yanvarın 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika üzrə abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün sınaq imtahanları keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahanda iştirak üçün yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Onun sözlərinə görə, sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər. “Bunun üçün abituriyentlər TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları respublikanın bütün şəhər (rayon) şöbələrində əldə etmək mümkün olacaq. Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılacaq. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercart/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formasında ala biləcək”,-deyə M.Abbaszadə söyləyib. TQDK sədri bildirib ki, bu sınaq imtahanlarında yeni tədris ili üçün nəzərdə tutulan yeni test tapşırıqları ilk dəfə təqdim olunacaq. M.Abbaszadə sonrakı sınaq imtahanlarının isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edək ki, gələn ilin yanvarın 23-də TQDK abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Bakı, Naxçvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində sınaq imtahanları keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-2589.html