Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA prezidenti Nazirlər Kabinetinin elmi cihazların ƏDV-dən azad olunması qərarını alqışlayır
21.12.10 19:04

Nazirlər Kabinetinin ölkəyə idxal olunan elmi cihazların və avadanlıqların gömrük rüsumundan və əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qərarını alqışlayırıq. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov söyləyib. Əvvələr elmi cihaz və avadanlıqların ölkəyə gətirilməsində vergilər, gömrüklə müəyyən problemlərin olduğunu xatırladan M.Kərimov qeyd edib ki, ölkə prezidentinin müvafiq Sərəncamından sonra bununla bağlı problemlər olmayacaq və bu sahəyə ayrılan vəsait də səmərəli istifadə ediləcək. Xatırladaq ki, bu günlərdə Nazirlər Kabineti AMEA-nın təsdiqedici sənədi əsasında idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad olunan elmi cihaz və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə siyahısını təsdiq edib. AMEA-nın İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilən qərar 2016-cı il yanvarın 1-dək qüvvədə olacaq.
URL / WWW
http://kelam.az/article/a-2588.html