Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Uşaqlar üçün xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub
21.12.10 19:04

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqənin I turu 01-10 dekabr tarixində zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda, II turu isə 14-15 dekabr tarixlərində ancaq Bakı şəhərində keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak edib. İki yaş qrupunda tar, kamança, saz, kanon, balaban və qarmon musiqi alətləri üzrə keçirilən müsabiqədə münsiflər heyətinin qərarı ilə Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər və rayonlarının, habelə Naxçıvan Muxtar Respublikası uşaq musiqi və incəsənət məktəblərinin şagird, müəllim və konsertmeysterləri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, Fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar. Bundan başqa Lənkəran, Sumqayıt, Şamaxı, Ağstafa, Balakən, Füzuli, Gədəbəy, Goranboy, Qəbələ və Salyan şəhər və rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinə müsabiqədə fərqləndiklərinə görə tərifnamələr verilib. Qeyd edək ki, sabah saat 18:00-da Azərbaycan Dövlət Filarmoniyasında Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2587.html