Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyənin Baş naziri “erməni soyqırımı” ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub göndərib
22.12.10 02:02

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresində qondarma “erməni soyqırımı” qanun layihəsinin müzakirəsi ilə bağlı ABŞ Prezidenti Barak Obamaya məktub göndərib. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı məlumat verən xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ABŞ-da bu qanun layihəsinin yenidən gündəliyə salınması ehtimalı var. “Biz artıq bu qanun layihələrinin Türkiyə-ABŞ əlaqələrinin üzərində Domokl qılıncı kimi asılmasına izn verə bilmərik”,- deyən nazir ölkəsinin bu məsələdə beynəlxalq nüfuzunu qorumaq əzmində olduğunu da vurğulayıb. İstər Baş nazir Rəcəb Tayyib Ərdoğanın məktubunda, istərsə də Əhməd Davudoğlunun həmkarı Hillari Klinton ilə telefon danışığında Türkiyənin erməni iddiaları ilə bağlı qəti etirazı ifadə olunmuş, qanun layihəsinin Konqresdə qəbul olunacağı təqdirdə Ankara ilə Vaşinqton əlaqələrinin ciddi zərbə alacağı vurğulanıb. Xatırladaq ki, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi bu ilin martında qondarma “erməni soyqırımı” layihəsini bir səs çoxluğu ilə qəbul etmişdi.
URL / WWW
http://kelam.az/article/a-2586.html