Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıdan Parisə və Londona uçan təyyarələrimiz geri dönüb
20.12.10 18:50

Avropada baş verən kəskin hava şəraiti ilə əlaqədar olaraq Bakıdan Parisə və Londona uçan təyyarələrimizi Şarl De Qol və Xitiro hava limanları qəbul edə bilməyiblər. Təyyarələrimiz məcburən Almaniyanın Köln şəhərində oturublar. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Azərbaycan Hava Yolları Dövlət Konserinin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, həmin təyyarələr ötən gecə saat 04:00-da Bakıya qayıdıblar. “Sabah əgər bu şəhərlər hava şəraitini münasib bilib uçuşları qəbul edərsə, biz yenə uçuşlarımızı təşkil edəcəyik. Bu gün isə Bakıdan Frankfurta və Milana olan reyslərimizi yola salmışıq. Eyni zamanda bu gün Moskva, Ankara, Dubay və Tiflis şəhərlərinə uçuşlar yerinə yetirilib”,-deyə M.Səfərli vurğulayıb. Qeyd edək ki, artıq bir neçə gündür əksər Avropa ölkələrinə yağan güclü qar bu ölkələrin kommunikasiya xətlərində ciddi problem yaradıb.
URL / WWW
http://kelam.az/article/a-2584.html