Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » BMT Azərbaycanın silah alışına dair hesabatını açıqlayıb
20.12.10 18:50

BMT Azərbaycanın ötən ildə silah alışına dair hesabatını açıqlayıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu qurumun Adi Silahlar Registrinin 2009-cu ildə silah alışına dair hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, rəsmi Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 “Qvozdika”, 6 ədəd 152 mm çaplı 2C3 “Akatsiya” özüyeriyən haubitsa alıb.Bundan başqa, Azərbaycan ötən ildə aviaparkına Ukrayna və Belarusdan yeni hava döyüş vasitələri də daxil edib. Hesabatda yer alan məlumatlara görə, rəsmi Bakı 2009-cu ildə Belarusdan 5 ədəd “Su-25” (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd “MiG-29 UB” döyüş təyyarəsi, həmçinin 11 ədəd “Mi-24” döyüş helikopteri alıb. Cənubi Afrika Respublikası isə BMT-yə hesabatında ötən il Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd “Marauder” tipli zirehli nəqliyyat vasitəsi satdığını açıqlayıb. Qeyd edək ki, Azərbaycan BMT-nin Adi Silahlar Registrinə hesabatını noyabrın 5-də təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-2583.html