Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsi” layihəsinin təqdimat mərasimi keçirilib
20.12.10 18:50

Bu gün Azərbaycan Media Mərkəzində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin kooridnatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Şəbəkə özündə 23 QHT-ni birləşdirir. Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi 2006-cı ildə martın 2-də təsis edilib. Ə.Nuriyev söyləyib ki, Şəbəkənin təsis edilməsində məqsəd cəmiyyəti korrupsiyaya qarşı mübarizəyə səfərbər etməkdir. O qeyd edib ki, təşkilat fəaliyyət göstərdiyi müddətdə Şəbəkə və onun üzvləri məhdud reurslar olmasına baxmayaraq korrupsiyaya qarşı mübarizə sahəsində fəal olmağa çalışıb, korrupsiyaya qarşı mübarizəyə öz töhvələrini verməyə nail olub. Ə.Nuriyev bildirib ki, Şəbəkə “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsini həyata keçirilməsini olduqca əhəmiyyətli və zəruri hesab edir. “Layihə çərçivəsində Azərbaycanda elektron kommunal ödəişləri sistemi-Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) necə fəaliyyət göstərdiyi və ölkə üzrə kommunal ödənişlərin hansı hissəsinin bu sistem vasitəsilə toplandığı araşdırılacaq. “Smart-kart” tipli qaz və elektrik enerjisini sayağaclarının hansı sayda, hansı regionlarda, hansı qaydada qurraşdırıldığı və onların necə işlədiyi araşdırılacaq və ölkə üzrə bu sayğacların tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.
URL / WWW
http://kelam.az/article/a-2582.html