Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyə ilə Azərbaycanın müştərək tarixi yenidən araşdırılır
20.12.10 18:50

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə üzərində iş aparır. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Layihə “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın nəşrə hazırlanmasından ibarətdir. Kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq. Kitabda Azərbaycan və Osmanlı türklərinin tarixən eyni coğrafi ərazidə yaşaması, Osmanlı ərazisində yaşayan soydaşlarımızın Türkiyənin tarixi müqəddəratında, dövlətçilik, siyasi və mədəni həyatında göstərdikləri xidmətlər yer alacaq. Kitabın hazırlanmasında əsas məqsəd iki dövlət, bir millətin müştərək tarixini təcrübəli müasir tarixçilər tərəfindən daha dərindən araşdırmaq, Türkiyə azərbaycanlıları haqqında geniş məlumatlar əldə etmək və bununla onların ümumi ideya altında birləşməsinə nail olmaqdır. Əsər üzərində işləyəcək sosioloq, tarixçi və siyasətşünaslar Türkiyədə yaşayan Azərbaycanlıların dərnəklərinə və çoxluq təşkil etdiyi ərazilərə baş çəkəcək, görüşlər təşkil edəcək, arxivləri araşdıracaq, azərbaycanlıların dini, sosial, mədəni, siyasi və iqtisadi fəaliyyətlərini öyrənəcəklər. Qeyd edək ki, “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın hazırlanmasının 2011-ci ildə başa çatdırılması planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-2580.html