Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində İslami dəyərlər” mövzusunda sərgi keçiriləcək
11.11.09 15:30

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” silsilə tədbirləri çərçivəsində noyabrın 13-14-də Muzey Mərkəzində “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində İslami dəyərlər” mövzusunda sərgi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliynin mətbuat xidmətindən veriblər. Sərginin əsasnaməsinə uyğun olaraq oktyabrın 12-dən 14-dək Lənkəran, 16-dan 17-dək Şirvan, 20-dən 21-dək Şəki, 24-dən 25-dək Quba, 27-dən 28-dək Gəncə, 30-dan 31-dək Sumqayıt şəhərlərində sərgilər keçirilib. Münsiflər heyəti tərəfindən bölgələr üzrə sərgilərdə nümayiş etdirilmiş müxtəlif janrlarda 450 əsərdən 300-ə yaxını Respublika sərgisinə təqdim olunub. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Rayon Mədəniyyət və Turizm şöbələri və digər əlaqədar təşkilatlardan nümayəndələr dəvət olunub və sərginin açılışı noyabrın 13-də olacaq.
URL / WWW
http://kelam.az/article/a-258.html