Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azercell” valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdirəcək
21.12.10 02:48

Yeni il bayramının gəlişi ilə bağlı “Azercell Telekom” MMC tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Azercell Telekom” MMC-dən veriblər. Şirkət tərəfindən bu il ilk dəfə uşaq evlərində yaşayan körpələr üçün keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz əvəzsiz töhfəsini verə bilər. Uşaqlar üçün nəzərdə tutulan hədiyyələr hal-hazırda “Park Bulvar” alış-veriş mərkəzinin birinci və ikinci mərtəbəsində yerləşdirilən 3 şam ağacından asılıb və ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər. Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edir. Hədiyyələrin təqdim edilməsi üçün “Azercell Telekom”un dəstəyi ilə dekabrın 28-də “Landmark”ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçiriləcək. Mərasimdə uşaqlara “Onlar da hədiyyə gözləyirlər...” layihəsi çərçivəsində arzuladıqları hədiyyələr paylanılacaq. Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş uşaqları məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni il bayramını unudulmaz bir şənliyə çevirməkdən ibarətdir. “Onlar da hədiyyə gözləyirlər...” layihəsi 26 dekabr tarixinə qədər keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2579.html