Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » H.Cavidin Ev Muzeyi maraqlı eksponatlarla zənginləşir
20.12.10 18:48

Hüseyn Cavidin Ev Muzeyi gündən-günə maraqlı eksponatlarla zənginləşir və regionda ən çox ziyarət olunan yerlərdən birinə çevrilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Muzeyin direktoru Bəhruz Axundov söyləyib. O qeyd edib ki, bu günlərdə H.Cavidin Naxçıvandakı ev muzeyinə xeyli yeni eksponat gətirilib. B.Axundovun verdiyi məlumata görə, Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev vaxtilə mərhum sənətkarımız Mircəlil Seyidov tərəfindən ona hədiyyə olunan “Şairin yuxusu” adlı rəsm əsərini muzeyə bağışlayıb. Bundan başqa, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva dahi qələm ustasının sürgün illərini əks etdirən ”Hüseyn Cavid” əsərini muzeyə hədiyyə edib. Qeyd edək ki, hər iki əsər muzeyin “Hüsen Cavid repressiya illərində” bölməsində yer alıb.
URL / WWW
http://kelam.az/article/a-2578.html