Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » SAMF-da işğal altında olan rayonların muzey direktorları ilə görüş keçirilib
21.12.10 02:48

“Söz Azadlığı Müdafiə Fondun”da (SAMF) işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-ın mətbuat xidmətindən veriblər. Tədbirdə çıxış edən fondun sədri, tanınmış şair Musa Yaqub fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə tədbir iştirakçılarına məlumat verib, üç ay ərzində layihə iştirakçılarının gördüyü işlərdən danışıb. Fondun icraçı direktoru Vüqar Tofiqli isə layihənin məqsədi kimi respublika üzrə virtual diyarşünaslıq muzeylər şəbəkəsini yaratmaq olduğunun qeyd edib. Əlaqəli məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışan layihə direktoru bildirib ki, yaradılan resurs vasitəsi ilə ilk olaraq Azərbaycanın işğal altında olan maddi-mədəni irsi haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılacaq. Layihə çərçivəsində rayonların mədəniyyət şöbəsinin müdirlərinin və muzey direktorları ilə görüşlərdən sonra 300-dən artıq eksponatın fotosurətləri fonda təqdim edilib. Artıq fondun imkanları hesabına istifadəyə verilən www.diyarshunasliq.az saytında əldə olan məlumatlar yerləşdirilib. Qeyd edək ki, saytın təqdimatı yanvar ayında keçiriləcək və sayt üzərində işlər hələ davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-2577.html