Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Aleksandr Lukaşenko növbəti dəfə Belarusun prezidenti seçilib
21.12.10 02:47

Belarus Mərkəzi Seçki Komissiyası seçicilərin 84%-nin səsvermə hüququndan istifadə etdiyi barədə məlumat yayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Exit-poll” nəticələrinə görə, Belarusda keçirilən prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenko 70 faizdən çox səs toplayıb. İkinci və üçüncü yerlərdə isə 4 faiz səslə müxalifətdən olan namizədlər Andrey Sannikov ilə Vladimir Neklyayev gəlirlər. “Exit-poll” nəticələrindən sonra müxalifətin minlərlə tərəfdarı Belarus paytaxtında etiraz aksiyalarına başlayıb. Belarus polisi gecə saatlarında Hökumət Evinin qarşısına toplaşan müxalifət tərəfdarlarının mitinqini dağıdıb. Sialhllı polis qüvvələri meydana girərək aksiya iştirakçılarını zorla ərazidən kənarlaşdırıb. Seçkinin gedişini ATƏT-dən 400 müşahidəçi izləyir. Azərbaycandan isə MSK sədri Məzahir Pənahov Belarusda keçirilən seçkiləri müşahidə edir. Qeyd edək ki, növbəti dəfə prezident seçilən, hazırda rəqiblərini geridə qoyan Aleksandr Lukaşenko Belarusa 1994-cü ildən rəhbərlik edir. O, 2001 və 2006-cı illərdə yenidən dövlət başçısı seçilib.
URL / WWW
http://kelam.az/article/a-2576.html