Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyi və QMİ-nin keçirdiyi qanvermə aksiyasında 884 litr qan tədarük olunub
17.12.10 19:43

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları bu gün də dava edib. Aksiyada 2210 nəfər könüllü olaraq qan verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Aksiyalar Bakı şəhərində “Mir-Mövsüm ağa”, “Təzə pir”, “Bibi-Heybət”, “Cümə”, “Qaraçuxur”, “Soltan-Əli” məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilib. Nəticədə iki günlük aksiyada 884 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Aksiya dünəndən başlayıb və məhərrəmlik ayı boyunca davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2575.html