Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yavər Camalov: “Mart ayına qədər 8 yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur”
17.12.10 19:43

Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra qarşıya qoyulan ilk vəzifə sovetlər dövründən qalan müəssisələrin bərpası və yenidən qurulması, onların bazasında müdafiə təyinatlı məhsulların istehsalı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Onun sözlərinə görə, zavodlar rekonstrukksiya olunaraq 31 istehsalat sahəsi yaradılıb. “Hazırda həmin istehsal sahələrində müxtəlif kalibirli atıcı silahllar, maskalanma torları, qumbaraatanlar, minalar, zireli texnikalar, NATO standartlarına cavab verən “Zəfər” və “Zəfər-K”, “İnam” adlı tapançalar istehsal olunur. SSRİ dövründən qalma texnikaların modernizasiyası həyata keçirilir. Mart ayına qədər 8 yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, burada da yeni növ silah və sursat istehsalı həyata keçiriləcək. Cari ildə müdafiə təyinatlı məhsulların istehsalında 2006-ci illə müqayisədə 115 dəfə artım olub. Müdafiə sənaye sahəsində ötən illə müqayisədə isə artım 3,6 dəfə müşahidə edilib”,-deyə Y.Camalov bildirib. O həmçinin söyləyib ki, nazirlik xaricdə hərbi sərgilərə çıxardığı məmulatların sayını da ilbəil artırır. Y.Camalov söyləyib ki, bizim sərgilərdə iştirak etməyimiz beynəlxalq aləmdə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdiyini göstərir. Onun sözlərin görə, sözügedən sərgilərdə biz müasir texnikalarla tanış oluruq, həmin texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Nazir sərgilərdə bir sıra dövlətlərin şirkətləri ilə, əlaqə yaratmaq üçün niyyət protokolları imzalandığını da əlavə edib. “Bununla yanaşı mülki təyinatlı məhsulların da istehsalına həyata keçiririk. Burada fontan armaturlar, müxtəlif neft-qaz siyirtmələri, rəqəmli işıqforlar, smartkartlı sayğaclar və digər məhsullar istehsal edilir”,-deyə Y.Camalov bildirib.
URL / WWW
http://kelam.az/article/a-2573.html