Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakı Nobel İrsi Fondunun sədrinə “Qütb Ulduzu” ordeni təqdim edilib
18.12.10 02:43

Stokholmda, Nobel mükafatının təqdimetmə mərasimi günü, İsveçin Xarici İşlər Nazirliyində, Kral Protokol İdarəsinin rəhbəri xanım Karolina Visini İsveç Kralı adından Bakı Nobel İrsi Fondunun sədri, doktor Toğrul Bağırova “Qütb Ulduzu” ordeni təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm nazirliyindən veriblər. Fədakarlıq ordeni olan “Qütb Ulduzu” 23 fevral 1748-ci ildə İsveç kralı I Frederik tərəfindən təsis edilib. 1975-ci ilə qədər orden işinə, elmə, ədəbiyyata, elmi və faydalı işlərə sıx bağlı olan, yeni və faydalı təşkilatların yaradılmasında mühüm rolu olan həm İsveç həm də xarici vətəndaşlara verilir. 1975-ci ildən sonra yenilənən ordenlər artıq yalnız xarici vətəndaşlara və kral ailəsinin üzvlərinə təqdim olunur. Ordenin təsis olunma tarixində ilk dəfədir ki, Azərbaycan vətəndaşı bu mükafata layiq görülüb. Doktor Toğrul Bağırov bu ordenə Azərbaycanda Nobel qardaşlarının irsinin qorunub saxlanması, xüsusilə Nobellərin Bakıdakı iqamətgahı olan məşhur Villa Petroleanın bərpa edilməsi və orada Nobel muzeyinin, Nobel konfrans zalının və Nobel Neft Klubunun yaradılmasına görə layiq görülüb. İqtisadiyyat fakültələrinin tələbələri üçün nəzərdə tutulan Beynəlxalq Nobel Cəmiyyəti Fondunun yaradılması və təqdimatı ilə bağlı və Bakı Nobel İrsi Fondunun sədri doktor Toğrul Bağırova İsveç Krallığının “Qütb Ulduzu” ordeninin verilməsi münasibəti ilə Villa Petroleada Qala ziyafət təşkil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2571.html