Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Media əhlinin əksər dövlət qurumlarının mətbuat xidmətlərindən şikayətləri davam edir
18.12.10 02:41

Dövlət qurumlarının mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığında problemlər hələ də davam etməkdədir. Hər il olduğu kimi bu il KƏLAMİNFO bununla bağlı araşdırmasını davam etdirir. “Bizim yol” qəzetinin redaktor müavini Vüsalə Rüstəmova bildirir ki, bu il ərzində qəzetləri ilə əməkdaşlıqda yükəsk faəllıq göstərən qurumlar Əmək və Əhalinin Sosail Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Gənclər və İdman nazirlikləri, Sosial Müdafiə Fondu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi olub. “İstənilən vaxt bu qurumların qapıları mətbuat olaraq üzümüzə açıq olub”,-deyə həmkarımız vurğulayıb. V.Rüstəmova qeyd edir ki, il ərzində onlarla əməkdaşlıqda ən çox problem yaradan qurum Kənt Təsərrüfatı, Fövqalada Hallar, Maliyyə və Səhiyyə nazirlikləridir. “İl ərzində dəfələrlə edilən cəhdlərə baxmayaraq bir dəfə də olusun ki, bu qrumlardan cavab ala bilməmişik. Xüsusən də bu il hər üç nazirliklər ilə bağlı ölkədə zəruri hallar baş verməsinə baxmayaraq onlar mətbuat olaraq bizim fəaliyyətimizdə çox çətinliklər yaradıblar. Mən deyərdim ki, hətta bu gedişlə onlarda deyəsən mətbuat xidməti də ləğv edilib, formal adı qalıb. Maliyyə Nazirliyində əvvəllər vəziyyət yenə normal idi, bu il isə onlar tamamilə mətbuatdan qaçıblar”,-deyə həmkarımız əlavə edib. V.Rüstəmova ölkədə fəaliyyət göstərən ali məktəblərin və QHT-lərin də il ərzində mətbuatla əməkdaşlığına toxundu. “Bakı Dövlət Universiteti istisna olmaqla demək olar ki, digər universitetlərin ictimaiəytlə əlaqəli bölmələrinin faəliyyəti qənaətbəxşdir. QHT-lərə gəldikdə isə, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və digər iqtiasdi yönümlü QHT-lərin bizimlə əməkdaşlığı normal olub”,-deyə “Bizim yol”un əməkdaşı bildirib. “Lent.az” xəbər portalının əməkdaşı Elxan Salahov il ərzində göstərdiyi yüksək əməkdaşlığa görə Dövlət Sosial Müdafiə Fondunu, İqtisadi İnkişaf, Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Daxili İşlər nazirlikləri, Respublika Prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını qeyd edib. “Bu qurumların mətbuat xidmətləri demək olar ki, bizim həmkarlarımızdır, hər an suallarımızı cavablandırırlar. Lakin, il ərzində bizimlə əməkdaşlıqda mətbuat xidmətinin yeri yox kimi görünən qurumlar da var, onlar xüsusən Fövqəladə Hallar, Səhiyyə, Maliyyə və Vergilər nazirlikləridir. Xüsusən də Səhiyyə Nazirliyində naziri tapmaq asan olur, nəinki mətbuat xidmətinin rəhbərini. Son bir-neçə ildə onların göstərdikləri fəaliyyətsilzik məndə bu fikir formalaşdırır ki, bu qurumlarda mətbuat xidmətləri formal olaraq təsis olunub. Mən hələ onların bir sualımıza cavab vermələrini görməmişəm”-,deyə E.Salahov vurğulayıb. Ali məktəblərin və QHT-lərin media ilə əlaqələrinə gəlincə həmkarımız bunların fəaliyyətinin nisbətən normal olduğunu diqqətə çatdırdı. “Bütün ali məktəblərlə əlaqələrimiz normaldır. Onlar mətbuatla ünsiyyəti yaxşı bacarırlar. QHT-lərdən də əsasən İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Milli QHT Forumu, QHT-lərə Dövlət Dəstəyi Şurası və Beynəlxalq İnsan Hüquqları üzrə Cəmiyyətin Azərbaycan Milli Qrupunun fəaliyyətini yükəsk qiymətləndiririk”,-deyə E.Salahov qeyd edib. “Kaspi” qəzetinin redaktor müavini İlham Quliyev il ərzində qəzetləri ilə əməkdaşlıqda yüksək fəaliyyətinə görə ilk olaraq Milli Məclisin mətbuat xidmətinin adını qeyd edib. “Bu qurumun mətbuat xidməti ilə jurnalistlər arasında çox səmimi münasibətlər formalaşıb. Bu sıraya Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərini və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını aid edə bilərik. “Bu qurumların nəinki, il ərzində hətta illər boyu mətbuatla əməkdaşlığında heç vaxt problem olmayıb. Burada Xarici İşlər Nazirliyini xüsusi qeyd etmək olar. Bu qurumda illər boyu ardıcıl olaraq bir-neçə mətbuat xidməti rəhbərinin dəyişməsinə baxmayaraq qurumun jurnalislərlə əməkdaşlığı dəyişməyib. Bu onu göstərir ki, strukturun özündə bu işə ciddi diqqət var”,-deyə İ.Quliyev vurğulayıb. Həmkarımız il ərzində ən passiv fəaliyyətinə görə isə daha çox Səhiyyə Nazirliyindən şikayətlənib. “Bu qurumun mətbuat xidmətinin fəaliyyəti kifayət qədər aşağı səviyyəddəir. Bura eyni zamanda Vergilər Nazirliyini də şamil etmək olar”,-deyə, redaktor müavini fikirni açıqlayıb. O, qeyd edib ki, qəzetləri paytaxtda fəaliyyət göstərən bütün ali məktəblərlə normal əməkdaşlıq edir.
URL / WWW
http://kelam.az/article/a-2570.html