Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda yeni təkliflər yoxdur”
11.11.09 20:29

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda yeni təkliflər yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. O qeyd edib ki, hazırda davam etdirilən müzakirələr 5 ildir ki, aparılan prinsiplər üzərindəki danışıqlardı. Ermənistan tərəfinin irəliləyişlə bağlı konkret addım atmadığını diqqətə çatdıran E.Məmmədyarov qeyd edib ki, müəyyənləşdirilən məsələlərin müzakirəyə çıxırılması məqamında qarşı tərəf addım atmır. “Bilirsiniz ki, danışıqlar çox çətindir. Həmsədrlərin son səfərində danışıqların əsas mövzusu Ermənistan tərəfinin irəliləyişə nail olmaq üçün hansısa addım atmaq istəməməsi idi. Yəni bilmək istəyirdik ki, qarşı tərəf irəliləyişə nail olunmasını istəyir, yoxsa, bu belə deyil”,-deyə E.Məmmədyarov məsələyə aydınlıq gətirib.
URL / WWW
http://kelam.az/article/a-257.html