Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Bakının strateji nəqliyyat planının hazırlanması” layihəsinin yekun planının təqdimatına həsr olunan konfrans keçirilib
16.12.10 20:11

Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan ilə Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən həyata keçirilən “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması” layihəsi çərçivəsində yekun planın təqdimatına həsr olunmuş konfrans keçirilib. Nəqdiyyat Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə keçirilən konfransda Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Bakı Metropoliteni”nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri ilə yanaşı Dünya Bankının, Finlandiyanın “WSP” şirkətinin və Yunanıstanın “KLC” hüquq şirkətinin təmsilçiləri də iştirak edib. M.Pənahovun ətraflı çıxışından sonra layihə üzrə məsləhətçi- Finlandiyanın “WSP” şirkətinin nümayəndələri Strateji Nəqliyyat Planının məqsədləri, Bakı şəhərinin ərazisi üçün nəqliyyatın gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin müəyyən edilməsi, qiymətləndirilməsi və investisiya strategiyaları, şəhər ərazisində parklanmanın idarə olunması, intermodal terminallarda parklanma tədbirləri, “TransCad” modelinin hazirlanması və tətbiqi üzrə təqdimatlar keçirilib. Konfransda, həmçinin, “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planı”nın icrası ilə bağlı gələcək əməkdaşlığa dair təkliflər, o cüvlədən Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq svetofor-siqnal sisteminin təkmilləşdirilməsi, şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi, şəhərin girişlərində parklanma üçün duracaqların təşkili və parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki servis (xidmət) məntəqələrinin yaradılması, şəhər nəqliyyatının optimallaşdırılması üçün “Paramiks” proqramının alınması və tətbiqi, avtobus sürücüləri üçün simulyatorların alınması və tətbiqi məsələləri də müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-2569.html