Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İRƏLİ” İB Ərzurumda keçiriləcək XXV Dünya Universitetlərarası Qış İdman Oyunlarına öz dəstəyini göstərəcək
16.12.10 20:11

“İRƏLİ” İctimai Birliyi və Ərzurum “Sivil Toplum Dəstəkləmə Dərnəyi” arasında əldə olunan razılaşmaya əsasən “İRƏLİ” XXV Dünya Universitetlərarası Qış İdman Oyunları tədbirinin təşkil olunmasında öz dəstəyini göstərəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. Bu məqsədlə təşkilatın fəallarından ibarət 20 nəfərlik nümayəndə heyətinin göstərilən müddətdə Ərzuruma səfəri planlaşdırılır. Müsabiqə əsasında seçilmiş nümayəndə heyətinin tərkibi müəyyən edilib və səfərə hazırlıq başlanıb. Qeyd edək ki, XXV Dünya Universitetlərarası Qış İdman Oyunları 27 yanvar - 06 fevral 2011-ci il tarixlərində Türkiyənin Ərzurum şəhərində keçiriləcək. Universiadaya 5 qitənin 57 ölkəsindən 3000 nəfərdən artıq idmançının qatılması gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-2567.html