Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Cari ilin 11 ayında Şəkiyə 13178 nəfər turist gəlib
17.12.10 02:09

Son illər Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şəki şəhər İcra Hakimiyyətindən veriblər. Məlumata görə, yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir, körpülər tikilir, yollar salınır. Eyni zamanda, şəhərdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, meydan və xiyabanlar öz simasını dəyişir, şəhər abadlaşır, gözəlləşir. Bütün bu amillər, Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2004-cü ildə rayona gələn turistlərin sayı cəmi 2800, cari ilin 11 ayında isə turistlərin sayı 13178 nəfər olub. Onlardan 1938 nəfərini xarici turistlər təşkil edib. İlin sonunadək rayona gələn turistlərin sayının 13400 nəfərə çatacağı gözlənilir.Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə Şəkiyə gələn turistlərin sayının 30 min nəfərdən çox olacağı proqnozlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-2566.html