Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçirilib
17.12.10 03:09

Aşura günü ilə bağlı ənənəvi olaraq İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyası keçirilib. Səbail hayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səhər saatlarında başlanan qanvermə aksiyasında İçərişəhər “Cümə” məscidi dini icmasının üzvləri, dindarlar, digər məscidlərin dini icmalarının nümayəndələri və vətəndaşlar iştirak ediblər. Gün ərzində “Cümə” məscidində 200-dən artıq vətəndaş könüllü qan verib. Qanvermə aksiyasında Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılıb. Keçirilən xeyirxah aksiya ilə əlaqədar məlumat verən İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət gətirmək əvəzinə donor qanına çox ciddi ehtiyacı olan insanlara, ilk növbədə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara köməklik göstərmək savab işdir. “Biz bu işləri dəstəkləyirik və müsəlman qardaş və bacılarımızı belə işlərə qoşulmağa çağırırıq”,-deyə o əlavə edib. Qeyd edək ki, Səbail rayonu ərazisində yerləşən Bibiheybət məscidində də qanvermə aksiyası təşkil olunub və aksiyada 250-dən çox insan iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-2565.html