Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GUAM-a üzv ölkələrin gənc alimlərinin tədqiqatlara cəlb edilməsi məqsədilə “yay məktəbləri” təşkil ediləcək
16.12.10 20:07

GUAM Katibliyində Mədəniyyət, elm və təhsil məsələləri üzrə İşçi Qrupunun 5-ci iclası keçirilib. Tədbirdə GUAM-a üzv ölkələrin profili nazirlikləri və qurumlarının nümayəndələri və digər aidiyyatlı şəxslər iştirak ediblər. KƏLAMİNFO GUAM-ın rəsmi saytına istinadən xəbər verir ki, iclasda mədəniyyət, elm və texnoloji inkişaf sahəsində regional əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib, gənc alimlərin elm və texnoloji inkişaf sahəsində qabaqcıl tədqiqatlara cəlb edilməsi məqsədilə “yay məktəbləri”nin təşkili üzrə təkliflərin işlənilməsinə razılıq əldə olunub, 2011-ci ildə prioritet istiqamətlər üzrə video konfrasların təşkili barədə və GUAM-a üzv ölkələrin alimlərin birgə tədqiqat qrupunun yaradılması mümkünlüyü barədə məsələyə baxılıb, eləcə də mədəniyyət, elm və təhsil sahəsində GUAM qrant proqramlarının konsepsiyası barədə təkliflərin verilməsinə razılıq əldə edilib. İQ-nin növbəti iclasının gələn ilin I yarısında keçirilməsi planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-2563.html