Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Moskvadakı ixtişaşla bağlı saxlanılanlar arasında azərbaycanlı yoxdur
16.12.10 20:07

Ötən gün Moskvada yerli xalqdan olan nümayəndələrlə qafqazlılar arasında baş verən ixtişaşla bağlı kütləvi saxlananlar arasında azərbaycanlı yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat verib. Həmçinin xəsarət alanların da arasında azərbaycanlı qeydə alınmayıb. “Hadisə millətçilər tərəfindən törədilib və bu hadisənin azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Rusiyada yaşayan azərbaycanlılara küçələrdə az görünmək tapşırığı verilib. Səfirlik tərəfindən onlara deyilib ki, imkan daxilində bu günlərdə lazım olmadan küçəyə çıxmasınlar”,-deyə bəyanatda bildirlir.Qeyd edək ki, dekabrın 15-də Moskvada qarışıqlıq törətməyə cəhd edən 1300-dən çox adam saxlanıb. Bu barədə Rusiya informasiya agentlikləri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. Milislər qafqazlılarla radikal millətçi qruplar arasında kütləvi toqquşmaya imkan verməməyə çalışıb. Əsas gərginlik Kiyev vağzalı tərəfində yaşanıb, orada təxminən 7 min adam toplaşıb.
URL / WWW
http://kelam.az/article/a-2560.html